Məktəbli qızın kəmərlə bağlanaraq döyülməsi xəbəri ilə bağlı AÇIQLAMA
Naxçıvan MR Təhsil Nazirliyi 9-cu sinif şagirdinin müəlllimi tərəfindən kəmərlə bağlanaraq döyülməsi xəbərləri ilə bağlı açıqlama yayıb.
Yenicag.az xəbər verir ki, açıqlamada deyilir:
“Bəzi internet televiziya kanallarında Babək Rayonunun Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Fərəcova Zəhra Şahin qızının məktəbin müəllimi Etibar Əhmədov tərəfindən döyülməsi iddiaları yayılıb.
Bildiririk ki, Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.Həmçinin məsələ ilə bağlı hüquq- mühafizə orqanlarına müraciət edilib.Hazırda hüquq-mühafizə orqanları tərəfindən qeyd edilən məsələ araşdırılır.Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcəkdir.
Əlavə olaraq bildiririk ki, bu və ya buna bənzər hadisələr və onların nəticələri qanunauyğun qaydada araşdırılmadan və şagirdin yaş psixologiyası nəzərə alınmadan ictimailəşdirilməsi şagirdin sonrakı yaş döründə psixoloji əhval-ruhiyyəsinə, müəllim və məktəbin nüfuzuna xələl gətirir. Qeyd olunan nüansın daima nəzərə alınması ümumi mənafeyə uyğundur”.












