Məktəblilərin yaz tətili başlayıb

media-hightechnic-468x90

TWl8X746UefWBu gündən Azərbaycanda məktəblilərin yaz tətili başlayıb.

Bu il məktəblilərin yaz tətili günlərində müəyyən dəyişiklik edilib.

Belə ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə məktəblilərin yaz tətili günləri 17-24 mart tarixlərində təsbit olunub.

Bununla belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 21-22 mart tarixlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar, bu il 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər martın 29-da başlayacaq.

6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə dərslərə martın 26-da start veriləcək. Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə mart ayının 27-si və 29-nun yeri dəyişdirildiyinə görə, həmin məktəblərdə martın 27-si qeyri-iş, 28 və 29-u isə iş günü hesab olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600