Məmmədyarov Nalbandyanla görüşəcək

media-hightechnic-468x90

jkhjhkgnbErmənistanın Xarici İşlər naziri Edvard Nalbandyan aprelin 2-4-də Rusiyaya işgüzar səfər edəcək.

Məlumata görə, o aprelin 3-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, aprelin 4-də isə MDB ölkələrinin Xarici İşlər nazirlərinin növbəti iclasına qatılacaq.

Aprelin 4-ü axşam saatlarında isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü olacaq. Elmar Məmmədyarov və Edvard Nalbandyanın gözlənilən görüşü barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Haaqada keçirilən görüşdə məlumat vermişdilər.

Nazirlərin görüşünün iki ölkə prezidentinin görüşünə hazırlıq məqsədi daşıdığı qeyd edilir.

Qeyd edək ki, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Tvitter səhifəsində prezidentlərin yaxın zamanlarda görüşü barədə razılıq əldə edildiyini, hər iki ölkənin xarici siyasət idarələri rəhbərləri ilə müsbət əhval-ruhiyyədə görüş keçirdiklərini yazmışdı (ans).

Aprel ayında həmsədrlərin növbəti dəfə regiona səfəri planlaşdırılır(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600