!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmurlara Mikayıl Cabbarov nümunəsi: Erməniləri anında susdurmaq üçün nə lazımdır?

!Reklam – Yazi

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov həyasızlığı məkan və sərhəd tanımayan erməniləri susdurmağın ən sadə yolunu göstərdi.

Müstəqil Dövlətlər Birliyində (MDB) və əksər beynəlxalq təşkilatlarda birgə təmsil olunan Azərbaycan və işğalçı Ermənistanın dövlət rəsmiləri müxtəlif tədbirlərdə eyni masanın ətrafnda əyləşirlər.

Eyni zamanda, Bakıda təşkil olunan beynəlxalq tədbirlərdə Ermənistanın, İrəvanda keçirilən tədbirlərdə isə Azərbaycan məmurlarının iştirakı artıq heç kəsi təəccübləndirmir.

Azərbaycan və Ermənistan məmurlarının iştirakı ilə keçirilən demək olar, bütün toplantılarda işğalçı ölkənin nümayəndələri xəstə təxəyyüldən qaynaqlanan iddialarını hər zaman ortaya qoyurlar. Ancaq təəssüf ki, Azərbaycan təmsilçiləri həmin iddialara heç də hər zaman yerində və effektli cavab vermirlər. Nəticədə isə Ermənistan tərəfi beynəlxalq ictimai rəydə “haqlı tərəf” kimi görünür.

Lakin çox əlamətdar haldır ki, ermənilərin bu “kombinasıyası” məhz Bakıda iflasa uğradı. Paytaxtda “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyi münasibətilə təşkil olunan beynəlxalq konfransda iştirak edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyanın “erməni periyom”u əks “fənd”lə zərərsizləşdirildi.

Simonyan Bakı konfransının proqramı ilə bağlı narazılığını bildirərək, tədbir iştirakçılarının ziyarət üçün Fəxri Xiyabana aparılmasından gileylənib.

Amma erməni nazir müavininin bu “irad”ının qarşılığında alacağı cavabı təxmin etsəydi, yəqin ki, ümumiyyətlə, danışmazdı. Simonyanın dediklərinə operativ reaksiya verən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov onu çıxışındakı “arqument”lərlə “vurub:

“Mən oradan başlamaq istəyirəm ki, qonşularımızın reaksiyasını çox yaxşı başa düşürəm. Hər halda onlar İrəvandan Bakıya gəliblər və Bakını öz gözləri ilə görürlər. Anlayıram ki, onların gördüklərini qəbul etməsi elə də asan deyil.

O ki qaldı proqrama, məzmunu anlamayanlar üçün bir daha bildirim ki, 20 il əvvəl bu gün yubileyini qeyd etdiyimiz bu layihənin reallaşmasına imkan verən o addım atılmasaydı, o strateji baxış olmadan bu gün haqqında danışdığımız uğurlar mümkün olmazdı.

Məhz böyük Heydər Əliyev beynəlxalq liderləri, dövlət başçılarını dəvət etmiş, arxasınca aparmışdı. Təbii ki, Azərbaycan tərəfi yubiley tədbirinin mədəni proqramını tərtib edərkən hər sivil cəmiyyətdə olduğu kimi, regionun inkişafına töhfələr vermiş insanların xatirəsinə münasibət aspektindən yanaşıb.

Bütünlükdə xatirəyə ehtiram məsələsinə gəldikdə, düşünürəm ki, bir daha paytaxtınızın mərkəzinə diqqət yetirin. Sizdə qoyulmuş o heykələ baxın. Yadınıza salın ki, gələn il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq və bir daha düşünün ki, doğru insanın heykəlini qoymusunuzmu?”

Sizi isə mən şəxsən dəvət edirəm ki, Heydər Əliyev Mərkəzini ziyarət edəsiniz. Orada sizin doğulduğunuz şəhərin tarixinə həsr olunmuş sərgi keçirilir. O sərgi bizə gürcü həmkarlarımız tərəfindən, Gürcüstan Muzeyindən təqdim olunub, harada ki, daimi əsaslarla nümayiş etdirilir. İnanın ki, İrəvan xanlığı, İrəvan şəhərinin əsasının qoyulması haqqında tarixdə oxuya bilməyəcəyiniz çox yeni şey öyrənəcəksiniz. Təbii ki, əgər bu sizə maraqlıdırsa… O ki qaldı TRACECA karvanına, bütün əks cəhdlərə baxmayaraq, o irəli gedəcək”.

Bax, belə. Kim nə deyə bilər? Mikayıl Cabbarov həqiqətən, təmkinlə, çox korrekt ifadələrlə, amma sarsıdıcı sərtliklə Simonyanın cavabını verdi. Çoxmu çətindir? Əlbəttə ki, yox.

Bakıda keçirilən bu konfrans Azərbaycan və Ermənistan nümayəndələrinin birgə iştirak etdikləri ilk toplantı olmadığı kimi, sonuncu tədbir də olmayacaq. Bu isə o deməkdir ki, həmin tədbirlərdə erməni həyasızlığının hələ çox şahidi olacağıq. Ona görə də, analoji tədbirlərdə Azərbaycanı təmsil edən məmurların Mikayıl Cabbarovdan nümunə götürərək, erməniləri danışmaqlarına peşman etmələri, onları anındaca susdurmaları lazımdır.

Bunun üçün tələb olunan əsas keyfiyyətlər isə peşəkarlıq və vətənpərvərlikdir. Mikayıl Cabbarovda olduğu kimi…

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

1361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv