!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil və həyət evlərinin qiymətləri ilə bağlı YENİ XƏBƏR

!Reklam – Yazi

2025-ci il ərzində daşınmaz əmlak bazarında bahalaşma gözlənilir. Qiymət artımı ehtimalını formalaşdıran bir çox səbəblər var.

Əksər realtor və ekspertlər bahalaşmanın daha çox mənzil bazarında özünü göstərəcəyini proqnozlaşdırır. Lakin biznes obyektləri və fərdi yaşayış evlərinin də qiymətlərinin artması istisna edilmir.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc təsdiqləyib ki, bu il daşınmaz əmlakın bütün seqmentlərində bahalaşma gözlənilir:

“Bunun səbəbləri ölkə iqtisadiyyatının böyüməsi, manatın alıcılıq qabiliyyəti, kommunal xidmətlərdə artımlar və bu kimi faktorlardır. Hətta bunlar olmasa belə, 2025-ci il üçün bahalaşmanı proqnozlaşdırmışdıq. Əsaslar daha da artdığı üçün bahalaşma tam real proqnozdur.

Fərdi yaşayış evlərinin bahalaşmasını ehtimal edənlər əsasən sənədləşmə probleminə görə bunu iddia edirlər. Onlar düşünür ki, sənədləşmə problemi həll edildikdən sonra çıxarışı olan fərdi yaşayış evlərinin qiymətləri artacaq. Təbii ki, ciddi arqumentdir. Lakin əsas arqumentlərdən biri odur ki, hazırda fərdi yaşayış evlərinin tikintisi ciddi xərclərə səbəb olur. Eyni zamanda, biznes məqsədi ilə fərdi yaşayış evi tikənlər də mənfəət gözləntilərini artırıb”.

Vüqar Oruc qeyd edib ki, qiymət artımını şərtləndirən bir sıra önəmli nüanslar var:

“Digər tərəfdən, bina tikintisində də analoji tendensiya özünü göstərməkdədir. Xərclərin artımı, habelə vətəndaşların daha çox yeni tikili bazarında müraciət etməsi bu seqmentdə də qiymətlərin artmasına təkan vermiş olur. Daşınmaz əmlak artıq bir biznes sahəsidir və burada stabil, risksiz gəlir əldə etmək olur. Həm də mənzil və evlərin qiymətləri də ildən-ilə artır.

Bu kimi nüanslar bahalaşmanı yaradan əsas faktorlardır. Bakının müxtəlif yerlərində söküntü işlərinin intensiv formada aparılması və yerində yenitikili binaların inşa edilməsi kirayə və əmlak bazarı üçün yeni müştərilər deməkdir. Bunlar da qiymətlərin artmasına səbəb olur”.

www.yenicag.az

82
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv