!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərcdə 15 min udan şəxs xalasının qızıllarını oğurladı

!Reklam – Yazi

Bakıda oyun platformasında 15 min manatdan çox pul uduzan şəxs xalasının evindən oğurluq edib.

Yenicag.azz “Qaynarinfo”ya istinadla xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən çoxmərtəbəli binaların birində baş verib.

1993-cü il təvəllüdlü Seymur C. mərc oyun platformasında 15 min manatdan çox pul uduzduğu üçün tanışlarına borcu yaranıb. Təqsirləndirilən şəxs borcu verə bilmədiyi üçün çıxış yolunu xalası N.C.-nın evindən oğurluq etməkdə görüb. O, gizli şəkildə xalasının cibindən evinin açarını oğurlayıb. Daha sonra N.C.-nın və ailəsinin evdə olub-olmamasını yoxlamaq üçün əvvəlcə onların qapılarını döyüb. Seymur xalası qapını açdığı təqdirdə ona telefonunun enerjisinin bitməsini bəhanə etməyi planlaşdırıb. Amma qapını heç kəs açmadığından təqsirləndirilən şəxs evə oğurluğa girib və xalasına məxsus 15.733 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

N.C. məhkəmədə bacısı oğlunu bağışlayıb.

Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-ci maddələri ilə təqsirləndirilən Seymur məhkəmənin qərarı ilə 3 il 6 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

www.yenicag.az

65
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv