Məşhur balerinanın “şpaqat”ı hər kəsi bezdirib – FOTOLAR
Balerina Anastasiya Voloçkova hər zaman ən yaxşı şpaqat açan olduğunu sübut etməyə çalışır.
Müxtəlif vəziyyətlərdə və məkanlarda qeyri-adi fotolar çəkdirən Anastasiya tez-tez izləyicilərinin də gülüş obyektinə çevrilir.
O, bu dəfə restoranda şpaqat açaraq ayağını çılçırağa toxundurub. Sosial mediada keçmiş balerinanın bu fotolarla insanları bezdirdiyini deyərək onu lağa qoyublar.
Qeyd edək ki, balerina azərbaycanlı iş adamı Bəxtiyar Səlimovun sevgilisi olub və qısqanclıq üzündən ayrılıblar.