!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur marka fələstinli modeli “sildi”: “İsrailin baş naziri Netanyahu yeni Hitlerdir”

!Reklam – Yazi

Dünyaca məşhur “Dior” markası Fələstin əsilli model Bella Hadid ilə əməkdaşlığa son qoyub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin modellə əməkdaşlığı dayandırmasının səbəbi Bella Hadidin Fələstin xalqının müstəqillik uğrunda mübarizəsini dəstəkləməsidir.

May Tager

İsrailin “Maariv” qəzetinin yayımladığı xəbərdə “Bella Hadid keçmişdə “Dior”un reklam siması idi. Fələstinə dəstək verən model, tez tez İsrail əleyhinə fikirlər səsləndirir. Hazırda “Dior”un yeni siması israilli model Mey Taqerdir”, – deyə bildirilib.

“Dior”un bu addımına münasibət bildirən model iş həyatını bitirmək hesabına olsa belə, Fələstin xalqını hər zaman dəstəkləyəcəyini bəyan edib:

“İş həyatım bitsə belə, hər zaman Fələstin xalqını dəstəkləyəcəyəm. Model kimi işimi itirməkdən qorxmuram və Fələstinin haqq səsini ucaltmağa davam edəcəyəm. İsrailin baş naziri Netanyahu yeni Hitlerdir! O, 2,5 milyon fələstinliyə məzar qazmağa çalışır. Əgər İsrail müharibəyə son qoysa, sülh yaranar. Lakin Fələstin savaşmağı dayandırsa, o zaman yox olacaq”.

 

COP29

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv