Nigahsız yaşadığı 3 qadından 8 övladı olan Türkiyənin məşhur müğənnisi İzzət Yıldızhan 9-cu dəfə ata olub.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, o, bu sevincini Şimali Kiprdə konsertində dinləyiciləri ilə bölüşüb. Müğənni bildirib ki, onun doqquzuncu övladına prezident Rəcəb Tayyib Ərdoğan “Həmzə” adını qoyub.
İzzət Yıldızhan daha sonra bunları deyib:
“Bizim sektorda mənim qədər övladı olan yoxdur. Uşaqları çox sevirəm. Mən on uşaq istəyirəm. Onların gələcəyi üçün nə lazımdırsa edəcəyəm. Mən oxumamışam, amma onları ən yaxşı şəkildə oxudacağam. 10-12 övladım olsa da olar”.
www.yenicag.az