Məşhur "qanuni oğru" Allahşükür Paşazadənin köməkçisi olub? - QMİ-dən açıqlama

media-hightechnic-468x90

2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin varisi “Şeyx Xəmzət” ləqəbli Xəmzət Qastəmirovla bağlı bir sıra məlumatlar yayılıb.

media-banner_tuq

İddialara görə, Qastəmirov vaxtı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin köməkçisi olub. Hətta yayılan xəbərlərdə “Şeyx Xəmzət”lə Paşazadənin tədbirlərin birində çəkilən fotosu da yer alıb.

Lakin Yenicag.az-a açıqlama verən QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova yayılan məlumatları təkzib edib. O, bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

“Belə bir şey yoxdur. Bunlar tamamilə həqiqətə uyğun olmayan informasiyalardır. Bəzən tədbirlərdə fərqli-fərqli insanlar bir araya gəlirlər. Bu da o demək deyil ki, bundan nəsə nəticə çıxarmaq lazımdır”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05