Məşqçisini güllələdi – VİDEO
Rusiyanın Kemerovo vilayətində faciə baş verib.
Hadisə atıcılıq məktəblərinin birində olub.
Baş verən olay tam təfsilatı ilə kameraların yaddaşına köçüb. Videodan görünür ki, məşqə gələn yeniyetmə əlində tapança tutaraq hədəfə vurmağa çalışır.
Bu zaman içəri məşqçi girərək stolda əyləşir. Yeniyetmə qəfildən tapançanı hədəfə yox, məşqçiyə tuşlayır. Güllə açılır. Məşqçi bir anlıq əlini sinəsinə sıxır, sonra yıxılır. Yeniyetmə isə onun yıxıldığını görüb qorxur və hadisə yerini tərk edir.
Artıq yeniyetmə saxlanılıb. Təəssüf ki, güllə yarası almış müəllimin həyatını xilas etmək mümkün olmayıb.