Messi toyunda istifadə olunmayan qidaları…

media-hightechnic-468x90

Ötən ayın 30-da uşaqlıq sevgisi Antonella Rokutso ilə evlənən “Barselona”nın ulduz futbolçusu Lionel Messi xanımı ilə birlikdə ibrətamiz addım atıb.

Yenicag.az xəbər verir ki, cütlük dəbdəbəli toylarında istifadə olunmayan qida məhsullarını xeyriyyə cəmiyyətinə bağışlayıb.

Bu barədə Rosario Qida Bankının rəhbəri Pablo Alqrain açıqlama verib. Qurum rəsmisinin sözlərinə görə, spirtli içkilərin əvəzinə də xeyriyyə cəmiyyətinə pul ödənilib.

Qeyd edək ki, dünyanın diqqət mərkəzində olan toy mərasiminə bir sıra məşhur simalar qatılmışdı.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa