!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuat Şurasından jurnalistlərin vəfatı ilə bağlı başsağlığı

!Reklam – Yazi

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın iki jurnalisti – Nicat Məlikov və Ülviyyə Şamilqızının vəfatı ilə əlaqədar başsağlığı verib.

Yenicag.az xəbər verir ki, Ə.Amaşovun başsağlığı onun facebook profilində yer alıb. Başsağlığı mətnində deyilir:

“Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur. Jurnalistlər təkcə özləri əbədiyyata qovuşmurlar, onların ideya və baxışları da bu dünyadan köç edir. O ideya və baxışlar ki, həyata keçməsi cəmiyyətin xeyrinədir. O ideya və baxışlar ki, reallaşması dərdlərə məlhəmdir, mənəvi rahatlıqdır, ruh yüksəkliyidir, yeni gün uğrunda mübarizə əzmi və çağırışıdır. Bu mənada jurnalist itkisi həm də cəmiyyətin itkisidir. Həqiqətən də çox ağırdır.

Bu günlər ağırlığın gətirdiyi dərin üzüntü, məyusluq və sarsıntı hissi bizi tərk etmək bilmir. Nicat Məlikov və Ülviyyə Məmmədova (Şamilqızı) kimi istedadlı həmkarlarımız barədə artıq keçmiş zamanda danışmaq əzabını yaşayırıq. Hər ikisi fəaliyyət tərzləri, yanaşmaları ilə cəmiyyətə, topluma faydalı nələrisə qabartmağa, göstərməyə, təbliğ etməyə can atırdılar, buna müvəffəq olurdular. Bu keyfiyyətlərinə görə tanınır, qəbul edilirdilər.

Uca Tanrıdan onların hər ikisinə rəhmət diləyirəm. Allah doğmalarına, əzizlərinə, doğma nəvazişi və qayğısı ilə yanaşdıqları dostlarına və həmkarlarına səbr versin.
Ruhları şad, məkanları cənnət olsun!”

COP29

www.yenicag.az

1588
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv