Metroda sərnişinlər buna əməl etməlidir - FOTO

media-hightechnic-468x90

Bakı metrosunda platforma və vaqonlarda sərnişinlərin sosial məsafə saxlamaları barədə mütəmadi məlumatlar səsləndirilir.

Yenicag.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sərnişinlərin vaqonlara yalnız oturacaqların sayına görə buraxılmasını tənzimləmək mümkün olmasa da, bununla bağlı oturacaqlarda məlumatlar yazılıb:

“Əməkdaşlarımız tərəfindən oturacaqların üzərinə işarələr vurulub. Sərnişinlərin ara məsafəsini saxlaması üçün metro işçiləri sərnişinlərə tövsiyələr edir. Ayaq üstə gedən sərnişinlər üçün də xüsusi işarələnmiş yerlər quraşdırılıb. Sərnişinlərimizdən bu normalara riayət etmələrini xahiş edirik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600