Meydan TV-in seçki təxribatı-Fotolar
Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin şəffaflığına kölgə salmağa çalışan Meydan tv səsvermə prosesində “qanun pozuntusu”nun olması ilə bağlı təxribat xarakterli videosujet yayıb.
Yasamal rayonu 13 saylı məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində qeydə alındığı bildirilən videoda jurnalistə qarşı zor tətbib etdiyi iddia edilir.
Kimlərsə kənardan bu görüntüləri reallıq kimi qəbul etsə də, diqqətlə baxanda yayımlanan videonun qurama və Meydan TV-nin təxribat cəhdi olduğunu sezmək çətin deyil.
Necə?
Diqqət yetirin: Bələdiyyə seçkiləri bu gün- yəni 23 dekabr tarixində, saat 08:00-da start götürüb. Dırnaqarası “qanunpozuntusunun” lentə alındığı görüntülər isə “Youtube” şəbəkəsində 22 dekabr tarixində yerləşdirilib. Necə olur ki, seçki başlamadan bir gün öncə səsvermədə qanunpozuntusu qeydə alına bilər? Mümkündür ki, bu video dünən məntəqədə hazırlıq prosesi zamanı çəkilib.
Niyə bu müsahibə xüsusi seçilərək, ancaq müşahidə kamerasının olmadığı bir məntəqədə çəkilib? 16, 17 saylı dairələrdə kameralar var, amma məhz 15 saylıda yoxdur. Ona görə də meydançılar təxribat üçün oranı xüsusi seçiblər.
Əldə etdiyimiz digər məlumata görə, videogörüntülərə bülleteni seçki qutusuna atmağa çalışan qadın müxalifətçidir. Bu xanım ağ kağızları bülletenin arasına qoyaraq `bir neçə nəfərin yerinə səs verirmiş` kimi görüntü yaratmağa çalışır. Halbuki, diqqətlə baxanda onların qatlanmış adi ağ kağızlar olduğunu görmək olar.
Öncədən hazırlandığı kimi kamera da əvvəldən hazır vəziyyətdə onun əli dolu kağızlarını qutuya atmağını gözləyir. Halbuki, normal halda, əgər jurnalist müsahibə götürürsə, kamera danışan şəxsi çəkməlidir. Burada isə operator əvvəlcədən bilirdi ki, qutuya kağızlar atılacaq və məhz onu çəkməyə hazır idi.
Bu faktlar bir daha sübut edir ki, hadisə əvvəlcədən quraşdırılıb.
Və daha bir sual: Bəs `Meydan TV` Bakı ofisini bağladığını bəyan etmişdi? Nə oldu, seçki vaxtı 1 günlük açıldı? Hansı məqsədlə?
Artıq fakt üzrə akt tərtib olunub.
Mərkəzi Seçki Komissiyasının (MSK) saat 10:00-a olan məlumatına görə, indiyə kimi komissiyaya müraciət daxil olub, bunların da hamısı məlumat xarakteri daşıyır. Yəni, hər hansı şikayət MSK-ya daxil olmayıb. Həmin o `jurnalist` doğrudan da fakt tapmışdısa, dava salmaq yerinə, bunu ən azından MSK-ya təqdim edə bilərdi… Amma məqsəd əvvəlcədən bu olmayıb axı…(editor.az).