Azərbaycanda məzuniyyət hüququ beynəlxalq normalara uyğunlaşdırılacaq.
Yenicag.az xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək məzuniyyət hüququndan istifadə ilə bağlı normaların beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı təklifləri (iki təqvim həftəsi müddətində məzuniyyət günlərindən istifadə, məzuniyyət günlərinin kompensasiya ilə əvəz edilməsi ilə bağlı normaların təkmilləşdirilməsi və s.) hazırlayaraq adiyyəti üzrə təqdim etməsi tapşırılıb.
www.yenicag.az