“Bu sahədə olduğum zamanlar həyatımın ən pis günləri idi”.
Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri porno filmlərdə çəkilən məşhur livanlı pornoaktrisa Mia Xalifa Aleksandra Koperin “Call Her Daddy” podkastında qonaq olarkən bildirib.
Artıq porno filmlərdə çəkilməyən və terror qruplaşması olan İŞİD-dən ölüm təhdidləri alan Mia həyatının o dönəmlərini xatırlamağı və bu barədə danışmağı sevmədiyini deyib:
“Yalnızsınız, sizi ölümlə təhdid edirlər və ailəniz sizi dəstəkləmir. Bir çox insan bunlara tab gətirə bilməzdi. O günləri yaşamış hesab etmirəm və yalnız gələcəyə köklənirəm. Lakin hər şeyi xalçanın altına süpürərək, onların yox olmasına da ümid edə bilmərəm. Bunlarla üzləşmək məcburiyyətindəyəm”.
O, həmin zamanlar çəkildiyi porno filmlərdə qazancının az olduğunu və böcəklərlə dolu olan evdə yaşadığını bildirib.
Aktrisa hazırda mərkəzi ofisi Londonda yerləşən “OnlyFans” adlı, abunə saytı üçün çalışdığını və izləyicilərindən əldə etdiyi abunəlik gəlirlərinə görə pul qazandığını qeyd edib. Keçən ildən “OnlyFans”da qeydiyyatdan keçən Xalifa buna görə ayda 11.99 dollar qazanır. Saytda 2 milyon izləyicisi olan aktrisa qazandığı 160 min dolları xeyriyyə məqsədilə bağışladığını deyib.
Mia Xalifa karyerasını aldığı ölüm təhdidlərinə görə bitirdiyini bildirib.
Qeyd edək ki, keçmiş aktrisa 2014-cü ildə, hələ 21 yaşı olarkən rol aldığı porno filmlə qısa zamanda məşhurlaşır. Lakin bundan sonra ölkəsində və 10 yaşına qədər yaşadığı Livanda ona qarşı aksiyalar təşkil edilir, “arzulanmayan insan” elan olunur. Bu münasibətlərdən sonra isə o, porno sahəsindən uzaqlaşdığını və bu qəbildən olan filmlərdə rol almayacağını açıqlayıb.
www.yenicag.az