Milli komandalarımızın baş məşqçiləri müəyyənləşib

media-hightechnic-468x90

Boks üzrə milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib.

Boks Federasiyasından Yeniçağ.az-a verilən məlumata görə, Ukraynalı tanınmış mütəxəssis Leonid Layinski milli kollektivin baş məşqçisi təyin olunub. Əsas yığmamızın ardınca aşağı yaş qrupları üzrə komandalarımızın da baş məşqçiləri müəyyənləşib.

Belə ki, Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirəcək. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Gənclərdən ibarət yığmamız Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov hazırlayacaq.

Kişilərdən ibarət komandamızda olduğu kimi qadınlardan ibarət millimizdə də dəyişiklik rəsmiləşib. Yığmamız son Avropa çempionatında olduğu kimi Elbrus Rzayevin rəhbərliyi altında hazırlıq keçəcək.

 

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600