!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisdə enerji səmərəliliyinə həsr olunmuş ictimai müzakirə keçirildi

!Reklam – Yazi

Martın 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirə keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov son illər ölkədə enerji sahəsində, xüsusən bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən və qarşıya qoyulan hədəflərdən söz açıb. O, ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda enerji diversifikasiyasında və enerji effektivliyində böyük irəliləyiş əldə olunduğunu vurğulayıb, bu sahənin inkişaf perspektivləri, qənaətcil texnologiyaların tətbiqi ilə bağlı fikirlərini bölüşüb.

Sonra energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanda enerji istehsalında və istehlakında tətbiq edilən innovativ texnologiyalar sayəsində əldə olunan müsbət nəticələri diqqətə çatdırıb. O, ölkədə enerji effektivliyi və qənaəti ilə bağlı mövcud imkanlar və atılacaq addımlar barədə danışıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxışında Azərbaycanda enerji səmərəliliyinin dövlət siyasəti səviyyəsinə qaldırıldığını qeyd edərək enerji səmərəliliyinin iqtisadiyyata transformasiyası və məsələnin iqtisadi aspektləri barədə danışıb. O, ölkədə həm qanunvericilik sahəsində, həm də praktiki müstəvidə bərpaolunan enerji sahəsinin inkişafı üçün əlverişli şəraitin yaradıldığını qeyd edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov 2024-cü ildə Azərbaycanın sədrliyi ilə Bakıda keçirilmiş COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olmasından bəhs edib, enerji səmərəliliyi təşəbbüslərinin və proqramlarının qanunvericiliklə dəstəklənməsinin əhəmiyyətindən danışıb.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev şirkətin dekarbonizasiya və enerji keçidi istiqamətində mühüm layihələr icra etdiyini deyib. O vurğulayıb ki, şirkət beynəlxalq ekoloji konvensiyalar və müqavilələr çərçivəsində öz öhdəliklərini yerinə yetirməklə yanaşı, iqlim dəyişikliklərinə təsirin azaldılması sahəsində də fəaldır.

Sonra vitse-prezidentin müavini Teymur Quliyev “ARDNŞ-in dekarbonizasiya strategiyası və perspektivləri” adlı təqdimat edib. Təqdimatda şirkətin dekarbonizasiya hədəflərinə çatması sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi nailiyyətlər və bu istiqamətdə qurulmuş uğurlu əməkdaşlıqlar haqqında ətraflı məlumat verilib.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov qurumun fəaliyyətində səmərəliliyi daha da artırmaq üçün icra olunan Transformasiya proqramı barədə təqdimat edib. Təqdimatda qaz paylama işinin təşkilində səmərəliliyi artırmaq, itkilərin qarşısının almaq üçün görülən işlərdən bəhs edilib.

“AzərEnerji” ASC-nin vitse-prezidentin birinci müavini Yusif Qarayev və Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov “Enerji səmərəliliyi və rəqəmsal idarəetmə: imkanlar və perspektivlər” mövzusunda təqdimatla çıxış ediblər. Çıxışçılar generasiya güclərinin mövcud vəziyyəti, iqlim dəyişikliklərinə adaptasiya və səmərəlilik tədbirləri, istilik və elektrik ötürücü sistemlərin yenilənməsi, o cümlədən yaşıl enerji layihələri barədə məlumat veriblər.

İctimai müzakirədə Milli Məclisin komitə sədri Musa Quliyev, deputatlar Qüdrət Həsənquliyev, Naqif Həmzəyev, Elman Nəsirov, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Texniki Universitetinin prorektoru Nurəli Yusifbəyli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Fuad Hümbətov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

İctimai müzakirənin yekununda komitə sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Soltanov, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov qaldırılan məsələlərə münasibətlərini bildiriblər, səsləndirilən suallara aydınlıq gətiriblər.

www.yenicag.az

65
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv