Milli Məclisə 20 xanım deputat seçilib – SİYAHI
Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrinə əsasən, Milli Məclisə keçmiş deputatlarla yanaşı, yenilər də seçilib. İlkin nəticələrə görə, yeni tərkibdə qadınların sayı dəyişməyib. Bu dəfə də 20 xanım deputat parlamentdə təmsil olunacaq.
Xatırladaq ki, 2010-cu ildə seçilən parlamentin tərkibində də xanım deputatların sayı eyni sayda olub. Qeyd edək ki, bu dəfə mandat qazanmayanlar Leyla Abdullayeva, Rəbiyyət Aslanova və Gülçöhrə Məmmədovadır. Gülər Əhmədova isə haqqında cinayət işi açıldığına görə mandatı ləğv edilmişdi.
Növbəti 5 ildə Milli Məclisdə təmsil olunacaq qadın deputatların siyahısını təqdim edirik:
6 saylı Culfa–Babək seçki dairəsi – Ülviyyə Həmzəyeva
14 saylı Xəzər seçki dairəsi – Mehriban Əliyeva
16 saylı Yasamal ikinci seçki dairəsi – Aytən Mustafayeva
21 saylı Nəsimi birinci seçki dairəsi – Məlahət İbrahimqızı
25 saylı Nizami ikinci seçki dairəsi – Sədaqət Vəliyeva
27 saylı Sabunçu ikinci seçki dairəsi – Dilarə Cəbrayılova
30 saylı Suraxanı birinci seçki dairəsi – Sevinc Fətəliyeva
37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi – Pərvin Kərimzadə
50 saylı Abşeron-Qobustan seçki dairəsi – Zeynəb Xanlarova
71 saylı Masallı kənd seçki dairəsi – Elmira Axundova
84 saylı Füzuli seçki dairəsi – Bahar Muradova
92 saylı Zərdab-Ucar seçki dairəsi – Jalə Əliyeva
93 saylı Bərdə şəhər seçki dairəsi – Gövhər Baxşəliyeva
98 saylı Şəmkir şəhər seçki dairəsi – Sahibə Qafarova
99 saylı Şəmkir kənd seçki dairəsi – Sona Əliyeva
103 saylı Gədəbəy seçki dairəsi – Sevinc Hüseynova
105 saylı Tovuz seçki dairəsi – Qənirə Paşayeva
111 saylı Zaqatala-Balakən seçki dairəsi – Kamilə Əliyeva
117 saylı Oğuz-Qəbələ seçki dairəsi – Aqiyə Naxçıvanlı
122 saylı Xankəndi seçki dairəsi – Flora Qasımova(Modern).