!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin növbəti plenar iclası başladı

!Reklam – Yazi

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Yenicag.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi, Baş nazir Əli Əsədov və hökumət üzvlərinin iştirakı ilə keçirilən toplantının gündəliyinə 19 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).

2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”qanun layihəsi (ikinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş).

4. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş).

5. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş).

6. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

7. Gömrük Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

8. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

9. “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

10. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

11. Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

12. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

13. Əmək Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).

14. “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

15. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

16. “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

17. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 2023-cü il 14−17 mart tarixlərində Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə dair Ev Sahibliyi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.

18. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.

19. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv