Milli Məclisin plenar iclası başlayıb

media-hightechnic-468x90

cd2273001af84501e5811803838f32f8Bu gün Milli Məclisin plenar iclası başlayıb.

İclasda Milli Məclisin İntizam komissyiası təşkil ediləcək, Hesablayıcı komissiyanın tərkibində dəyişiklik ediləcək.

İclasda eyni zamanda Milli Məclisin komitə sədrlərinin müavinləri və komitələrin üzvləri seçiləcəklər.

media-ziraat-728x90

Milli Məclisin plenar iclası başlayıb

media-hightechnic-468x90

загруженное (9)Azərbaycan Milli Məclisin bu gün növbəti plenar iclası öz işinə başlayıb.

Spiker Oqtay Əsədov iclası açıq elan edərək gündəliyi elan edib.

İclasın gündəliyinə əsasən bu gündən etibarən Azərbaycanın 2015-ci il üçün dövlət büdcə zərfi parlamentin plenar müzakirəsinə çıxarılır.

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir. Bundan başqa, iclasda, Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.

O. Əsədov qeyd edib ki, 2015-ci ilin dövlət büdcəsi “real hadisələr nəzərə alınmaqla tərtib olunub” və sənədin layihəsi parlamentin müvafiq komitələrində müzakirə olunub.

“2015-ci ilin dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çox, 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıq, yəni 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır”, – deyə sədr əlavə edib.

Ziyad Səmədzadə bildirib ki, bu gün dünya iqtisadi və siyasi gərginlik hökm sürür: “Son 10 ildə Azərbaycanın uğurları o qədər əhəmiyyətlidir ki, digər dövlətlər buna nail olmayıb. Azərbaycan iqtisadiyyatda böyük nailiyyətlər əldə edib, ildən ilə beynəlxalq aləmdə imicini möhkəmləndirib. 2015-ci ilin büdcə zərfi Azərbaycan qanunvericiliyinin tələblərinə cavab verir. Büdcə zərfi iqtisadi siyasət komitəsində müzakirə olunub”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600