Millimiz Portuqaliyaya səfərdə qalib gəldi

media-hightechnic-468x90

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız 5-ci tur çərçivəsində Portuqaliya ilə üz-üzə gəlib.

Səfərdə baş tutan qarşılaşma yığmamızın qələbəsiylə başa çatıb.

Qrupumuzun digər oyununda isə Ukrayna Bolqarıstanı qonaq edib. Bolqarlar qalib gəlməklə qrup liderliyini qoruyublar.

Xatırladaq ki, komandamız əvvəlki turlarda Bakıda qarşılaşdığı Ukrayna, Portuqaliya və Bolqarıstana oxşar hesabla (3:1) qalib gəlib. Komandamız yalnız Bolqarıstanla səfər oyunundan məğlub ayrılıb – 1:3.

Qızıl Avropa Liqası
A qrupu
2 iyun

Portuqaliya – Azərbaycan 1:3 (20:25, 28:26, 11:25, 14:25)

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600