Qadın futbolçularımız seçmə mərhələdə Andorra ilə qarşılaşacaq

media-hightechnic-468x90

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Andorra seçməsi ilə qarşılaşacaq.

Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunacaq görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupda keçirdiyi əvvəlki 2 oyunda Macarıstana (0:1) uduzub, Şimali Makedoniyanı (2:0) isə məğlub edib. Yığmamız hazırda 3 xalla 2-ci pillədə qərarlaşıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05