Millimizin Avropa Liqasındakı oyunlarının təqvimi açıqlandı
Kişi voleybolçular arasında Avropa Liqasında I dövrənin təqvimi açıqlanıb. Yeniçağ.az-ın məlumatına görə, A qrupunda mübarizə aparacaq Azərbaycan yığmasının ilk 3 görüşdəki rəqibləri bəlli olub.
İyunun 16-18-də Makedoniyanın ev sahibliyi edəcəyi I dövrədə ilk oyunu ev sahiblərinə qarşı keçirəcəyik. Daha sonra millimiz İsveç və Albaniya yığmalaıyla üz-üzə gələcəyik.
Yarışın II dövrəsi isə iyunun 23-25-də olacaq. Hələlik oyunları keçirəcək Albaniya təqvimi açıqlamayıb.
16 iyun
Albaniya – İsveç
Makedoniya – Azərbaycan
17 iyun
İsveç – Azərbaycan
Almaniya – Makedoniya
18 iyun
Azərbaycan – Albaniya
Makedoniya – İsveç
Yeniçağ.az