Millimizin üzvü Almaniya klubu ilə 3 illik müqavilə imzaladı

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşovun “Ayntraxt”dakı gələcək taleyinə aydınlıq gətirilib.

Yeniçağ.Az xəbər verir ki, gənc hücumçu Frankfurt təmsilçisi ilə 3 illik sözləşmə imzalayıb.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. O, əvvəllər adıçəkilən klubun U-19 komandasında çıxış edirdisə, bundan sonra əsas komandanın uğurları üçün çalışacaq.

Dadaşov yeni müqaviləsi ilə bağlı danışarkən xoşbəxt olduğunu bildirib: “Ayntraxt”da peşəkar karyeraya başlayıram. Buna görə çox sevinirəm. Göstərilən etimada görə hər kəsə təşəkkürümü bildirirəm”

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa