Milyarderin 19 yaşlı qızı-Fotolar
Hər zaman bahalı avtomobilləri və yaşayış tərzi ilə diqqət mərkəzində olan Rusiyanın məşhur milyarderi Roman Abramoviçin qızının fotoları yayılıb.
Şəxsi həyatını mediadan uzaq tutmağa çalışan Abramoviçin qızının şəkili sosial şəbəkədə yayımlanıb. 7 uşaq atası olan iş adamının övladlarının həyatı bütün dünya jurnalistləri tərəfindən maraqla müşahidə edilir. Romanın ikinci evlilikdən olan qızı Sofiya sosial şəbəkələrin aktiv istifadəçisidir. 19 yaşlı Sofiya tez-tez İnstaqram hesabında özü ilə bağlı məlumatlar paylaşır.
Qeyd edək ki, gənc xanım bundan əlavə olaraq köhnə ailə şəkillərini də izləyicilərinə nümayiş edib. Pərəstişkarları Sofiyanın atasına bənzədiyini və çox gözəl olduğunu xüsusilə vurğulayıblar.