Mingəçevirdə ruhi xəstə insanlara bıçaqla hücum edir - VİDEO

media-hightechnic-468x90

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib.

Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:

“Deyilənə görə, o qadın mollalıq edir. Binaya girdiyini dəfələrlə görmüşəm. Eynəkli qadındır, sifəti bağlı, başı örtülüdür”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, polisə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb. Həmin qadının Mingəçevir Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğu müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Ətraflı Baku TV-nin süjetində:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600