Misirdə Nizami Gəncəvinin büstü qoyulacaq

media-hightechnic-468x90

91539Misirin İsgəndəriyyə şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulacaq.

media-banner_tkm

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, aprelin 20-də büstün təntənəli açılış mərasimi keçiriləcək.

Mərasimdə Latviya, Polşa, Boliviya, Rumıniya, Serbiya, Bolqarıstan və Beninin sabiq prezidentləri və baş nazirlərinin iştirakı nəzərdə tutulub.

Bundan başqa, həmin gün Misir Baş nazirinin xüsusi müşaviri, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da olacaq.

Hər iki tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə Kitabxanası tərəfindən reallaşdırılacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05