Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Moody's": Azərbaycanın real ÜDM-i artıb

Azərbaycanın “Ba2 Sabit” kredit reytinqi ölkənin ümumi dövlət borcunu və verdiyi zəmanətləri, eyni zamanda zəif bank sektorunu əks etdirir.

Yenicag.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.

“Bununla belə, ölkənin böyük maliyyə akitvləri kredit profilinə əhəmiyyətli dərəcədə dəstək olur”, – deyə hesabatda qeyd edilib.

“Moody`s” həmçinin bəyan edib ki, bu il Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 2017-ci ildə 0,1%, 2018-ci ilin ilk 5 ayında isə 1,6% artıb. İqtisadi inkişaf göstəricisinin 2018-ci ilin yekununda 2%, 2019-cu ilin yekununda isə 3% təşkil edəcəyi proqnozlaşdırırlar.

“Artım neftin bahalaşması və təbii qaz ixracının həcminin artması hesabına olacaq”, – deyə “Moody`s” vurğulayıb./Report/

www.yenicag.az

1388
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100