Somalinin paytaxtı Moqadişuda partlayış nəticəsində ölənlərin sayı 231-ə çatıb, daha 275 nəfər xəsarət alıb.
Yenicag.az “Associated Press”-ə istinadən xəbər verir ki, partlayıcı ilə yüklənmiş yük maşını dünən paytaxtın Xodan rayonunda mehmanxana yaxınlığında partladılıb.
Ölkə prezidenti hadisə ilə əlaqədar 3 günlük matəm elan edib.
Partlayışa görə məsuliyyəti hələ ki heç bir təşkilat üzərinə götürməyib.
www.yenicag.az