Moskva səmasında UNO göründü - FOTO

media-hightechnic-468x90

Rusiyada Yeni Moskva istiqamətində uçan naməlum obyekt (UNO) görünüb.

Məlumata görə, UNO Kaluqa şosesində yerləşən “Tatneft” yanacaqdoldurma məntəqəsinə doğru uçub.

Gecə saatlarında bölgədə patrul xidmətində olan polis qrupundan bununla bağlı informasiya daxil olub. Polis qrupu aşağı hündürlükdə uçan və işıq saçan obyekt gördüyünü bildirib. UNO yanacaqdoldurma məntəqəsinə doğru hərəkət edib və bir müddət sonra yenidən Mixaylovo-Yartsevo qəsəbəsi istiqamətinə qayıdıb.

Xatırladaq ki, keçən cümə günü də Yeni Moskvada UNO-lar müşahidə ediliblər. Patrul polisi aşağı hündürlükdə dövrə vuran dörd obyekt gördüyünü deyib./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600