!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada saxlanılan azərbaycanlılarla bağlı səfirlikdən açıqlama: "Xəbərimiz yoxdur"

!Reklam – Yazi

Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Rusiyanın Moskva şəhərində yaşayan soydaşlarımız maşınlarını dövlət bayrağı ilə bəzəyərək Azərbaycan səfirliyinin önünə istiqamətləniblər.

Yenicag.az xəbər verir ki, Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün səfirliyin önünə gül dəstələri qoymağa gedən soydaşlarımızın qarşısını yerli hüquq-mühafizə orqanının əməkdaşları alıb.

Maşınları saxladan polis əməkdaşları bayraqları söküblər. Manej meydanında saxlanılan həmyerlilərimiz Kitay Qorod rayonunun polis şöbəsinə aparılıblar.

Məsələ ilə bağlı Yenicag.az-ın əməkdaşı Azərbaycanın Rusiyadakı səfirliyinə zəng edib. Səfirlikdən məsələdən xəbərsiz olduqlarını bildiriblər. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə zəngimizi cavabsız qoyub.

Qeyd edək ki, hazırda polis şöbəsində saxlanılan azərbaycanlıların sayı 50-yə yaxındır.

Emin Səfərov

www.yenicag.az

3097
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv