Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Moskvadan idarə edilən ERMƏNİSTAN: "Putinin səsləndirdiyi bəzi məsələlər..." - Politoloq

Reklam: Sinerji Pro

“Hər şey ortadadır, açıqdır, Rusiya Azərbaycana olan münasibətini gizlətmir”.

Bunu Ermənistanın yeni təyin edilmiş müdafiə nazirindən sonra yeni xarici işlər nazirinin də ilk rəsmi səfərini Rusiyaya etməsinə münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli Rusiyanın qarşı tərəfi həm sialhlandırdığını, həm də erməni siyasi elitasını Azərbaycana qarşı müxtəlif hədələyici jarkonlarla çıxış etmək üçün ruhlandırdığını bildirib:

“Ermənilər yaxşı bilir ki, onların heç bir ciddi hərbi potensialı yoxdur, onlar Azərbaycanla qarşılaşa bilməz. Digər tərəfdən, Rusiya onların qulaqlarına nə pıçıldayırlarsa, şirə dönürlər. Bu, açıq göstərir ki, Rusiya 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmir.

Rusiyanın son dövrlər bu məsələlərdə son dərəcə passiv hərəkət etdiyini, Ermənistana heç bir irad tutmadığını görürük. Ermənistanın Müdafiə naziri Rusiyaya səfər edib gələndən sonra Azərbaycanı hədələdi, indi də erməni XİN rəhbəri Moskvaya səfər edib. Çox güman ki, o da gələndən sonra hədələyəci bəyanatlar səsləndirəcək. Maraqlıdır ki, Putinin də səsləndirdiyi bəzi məsələlər artıq gündəmdən düşüb. Zəngəzur dəhlizinin açılması Ermənistanı blokadadan çıxaracaq deyən erməni baş nazir Paşinyan indi tamamilə əks bəyanat verir. Bildirir ki, onlar yalnız Naxçıvanla Azərbaycan arasındakı quru yola söz verə bilərlər. Paşinyan deyir ki, hər hansısa dəhlizdən söhbət gedə bilməz, dəhliz Ermənistanın suverenliyinə sui-qəsd kimidir. Bütün bunlarda əsas narahat edici məqam Rusiyanın Ermənistanı müdafiə etməsidir”.

Səxavət Məmməd

www.yenicag.az

436
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100