!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müasir internet üçün ən əsas təhlükə nədir?

!Reklam – Yazi

ABŞ alimi və tərtibatçısı Vinton Serf mühafizə olunmayan “Əşyalar interneti” qurğularını müasir şəbəkə üçün ən böyük təhlükə adlandırıb.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, internet yaradıcılarından biri olan V.Serf internetə qoşulan qurğuların sayının durmadan artmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, problem belə qurğuların kifayət qədər təhlükəsiz olmamasından ibarətdir.

“Çoxlu qurğuların yaranması potensial təhlükə törədəcək”, – hazırda “Google” şirkətinin aparıcı internet mütəxəssisi olan V.Serf bildirib. O vurğulayıb ki, bu qurğuların işində nasazlıqların nəticələri gözlənilməz ola bilər.

Təhlükəli nümunə kimi alim qəzaya düşə biləcək avtonom avtomobilə müdaxiləni göstərib.

Mütəxəssisin fikrincə, internetin əzəldən iki çatışmazlığı olub: o, nəticə etibarilə şəbəkəyə quraşdırılacaq milyardlarla qurğunun qoşulması üçün uyğunlaşdırılmayıb və quraşdırılmış təhlükəsizlik protokollarına malik deyil.

“Gartner” tədqiqat şirkətinin proqnozlarına görə, 2021-ci ilədək istifadəçilər tərəfindən internet şəbəkəsinə təxminən 25 milyard “Əşyalar interneti” qurğusu qoşulacaq.

www.yenicag.az

10937
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv