Mübahisəli sənət əsəri satışa çıxarılır – Tamamilə qızıldır

media-hightechnic-468x90

Dünyanın ən köklü və prestijli hərrac evlərindən olan Sotheby’s, italyan sənətçi Maurizio Cattelan tərəfindən yaradılmış, 18 ayar qızıldan hazırlanmış məşhur “America” adlı əsəri Nyu-Yorkda  satışa çıxarır. 

Yencag.az xarici KİV-ə istinadən xəbər verir ki, sənət dünyasında uzun illərdir müzakirə mövzusu olan bu əsər, sərvət, imtiyaz və bərabərsizlik kimi mövzulara etdiyi güclü istinadlarla diqqət çəkir.

Tamamilə funksional şəkildə hazırlanmış qızıl klozet ilk dəfə nümayiş etdirildiyi “Guggenheim” Muzeyində böyük maraq doğurmuş, ziyarətçilər arasında uzun növbələr yaratmışdı. Cattelanın provokativ üslubunun ən yaddaqalan nümunələrindən biri kimi dəyərləndirilən “America”, həm materialı, həm də verdiyi sosial mesajlarla sənət aləmində müzakirə olunmağa davam edir.

Sotheby’s-in açıqlamasında qeyd olunub ki, əsərin həm çağdaş sənətin sərhədlərini zorlayan simvolik dəyəri, həm də qızıl istifadəsi kolleksionerlərin marağını yenidən özünə çəkəcək./”Unikal” /

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa