Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Qurbanoğlu (Mənsimov) qərb mediasında Azərbaycana qarşı aparılan çirkin kampaniyaya qarşı mövqeyini bildirib.
Yenicag.az xəbər verir ki, Mübariz Mənsimov öz sosial media hesabından mövzu ilə bağlı bu fikirləri yazıb:
“Azərbaycanın dünyada artan nüfuzuna zərbə vurmağa və dünya ölkələri ilə münasibətlərimizi pozmağa çalışan bəzi qüvvələr bilməlidir ki, heç bir uğur əldə edə bilməyəcəklər. Bizim dövlətimiz sarsılmazdır. Heç bir qüvvə Azərbaycanın qısa zamanda qazandığı dünyadakı imicini, uğurlarını sifarışli və əsassız iftiralarla sarsıda bilməz. Bəllidir ki, məqsəd ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmaq və Qərb ilə münasibətlərimizə, inkişafımıza, sabitlik və əmin amanlığa zərbə vurmaqdır. Hər kəs anlamalıdır ki, Azərbaycan dövlətinə və rəhbərliyinə qarşı aparılan qara PR nəticəsiz qalacaq. Azərbaycan daim inkişaf edir və edəcək. Mən də öz növbəmdə daim olaraq ölkəmin, prezidentimin yanındayam və fəxr edirəm ki, AZƏRBAYCANLIYAM!”
www.yenicag.az