Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 25-də Gəncədə Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Goranboy, Samux, Göygöl, Daşkəsən, Tovuz, Kəlbəcər rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcəkdir.
Səhər saat 11:00-da Azərbaycan Dövlət Aqrar Universitetin əsas korpusunda keçiriləcək qəbulda adları çəkilən şəhər və rayonların sakinlərinin arzu və təklifləri, eləcə də onları narahat edən məsələlərlə bağlı müraciətləri dinləniləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.