Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya yollanıb

media-hightechnic-468x90

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının Moskvada keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub. Həmçinin müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq Ordu Oyunları-2020” yarışlarının gələn il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600