“Müəllimlər icazəsiz namaz qıla bilməz”

media-hightechnic-468x90

download (53)Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müsəlman müəllimlərin qeyri-dini təhsil müəssisələrində namaz qılması ilə bağlı məsələyə münasibət bildirib.

QMİ-dən bildirilib ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı var:

“Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Müəllimlər və ya müəllimələrin işlədikləri yer özəl müəssisədirsə, onun sahibinin icazəsi olmadan orada namaz qılına bilməz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmaq tövsiyə olunur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600