Space telekanalında yayımlanan “Nahara qədər” verilişinin bugünkü qonağı xanəndə, Opera Teatrının ən gənc Məcnunu Elnur Zeynalovdur.
Yenicag.az xəbər verir ki, verilişin aparıcısı Şəbnəm Turan qonağına qalmaqallı sual ünvanlayıb:
“Muğam aləmində siz nəyin üstündə dava edirsiniz, nəyi bölüşə bilmirsiniz? Sizin sənətiniz, səsiniz var, şou-biznesdəkilərdən fəpqli olaraq “aparat” hesabına oxumursunuz. Səs ürəkdən, sinədən gəlir”.
Elnurun cavabı isə konkret və sərt olub:
“Bu, tək şou-biznes aləmindəkilərə aid deyil, təəssüflər olsun ki, bəzi muğam ifaçıları var ki, onlar da “aparatla” (fanoqram – red) oxuyur”.
Qeyd edək ki, xanəndənin qonaq olduğu veriliş bu gün Space kanalında saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanacaq. Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.
Cəvahir
www.yenicag.az