Müğənni doğuşdan sonra öldü

media-hightechnic-468x90

69508_yfvijrrwj8Başqırdıstan və Tatarıstanın ən məşhur müğənnilərindən biri, əməkdar artist, “Tuğan yak”, “Yanqış mileş” və “Atayım” kimi populyar mahnıların ifaçısı Vəsilə Rafizovna Fəttahova Ufada vəfat edib.

media-banner_tuq

36 yaşlı müğənni ötən ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi. Doğuş çox ağır keçdiyindən o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi. Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənnini xilas edə bilməyiblər.

Başqırdıstanın xalq artisti, Tatarıstanın əməkdar artisti, başqırd müğənni Vəsilə Fəttahova sabah dəfn olunacaq.

Vida mərasimi Ufadakı Başqırd Dövlət Filarmoniyasının binasında keçiriləcək.(milli)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05