Müğənni həbsxanada dindar oldu

media-hightechnic-468x90

2e9241676735bc14d7a67e60a904beddNarkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilən tanınmış Türkiyəli müğənni Dəniz Seki dini təhsil almağa başlayıb. Yenicag.az lent.az-a istinadən bildirir ki, müğənni hazırda “Hər gün üçün bir ayə, bir hədis və bir ilmihal” kitabını oxuyur. O, həftədə 4 dəfə təşkil edilən dini dərslərdə iştirak edir və müzakirələrdə aktivlik nümayiş etdirir.

Qeyd edək ki, Türkiyədə Diyanet İşləri Nazirliyi ilə Ədliyyə Nazirliyi 2011-ci ildən həbsxanalarda dini təhsilin və kursların təşkili ilə bağlı razılıq əldə edib və həmin vaxtdan bu dərslər təşkil edilir.

D.Sekiyə gəlincə, o, 8 ay müddətində polisdən qaçıb gizləndikdən sonra, nəhayət, yaxalandı və cəzaçəkmə müəssisəsinə göndərildi. Müğənni bundan sonra 3 il yarım həbsxanada qalmalıdır ki, həmin müddətin də son 1 ilini qanunvericiliyə əsasən şərti həbsdə olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600