Müharibənin həlledici CƏBHƏSİ: Fars körfəzi MİNALANIR?

media-hightechnic-468x90

 

“Heç bir tərəf İrana qarşı quru əməliyyatlarına risk etmir”.

Bu fikri İran-İsrail toqquşmasının genişmiqyaslı müharibəyə çevrilmə ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-rovsenmeherremov

O, bildirib ki, ABŞ prosesə qoşularsa böyük müharibə qaçılmaz olacaq:

“ABŞ İranın vurulmasında İsrailə dəstək versə də, özü hələ ki proseslərə qoşulmur. ABŞ tərəddüd içərisindədir. Əgər belə bir qərar verilsə, bu əməliyyat çox ağır olacaq. Prosesə çoxlu sayda ölkələr qoşulacaq. Tramp da qeyd etdi ki, quru əməliyyatları düşünülmür. Quru əməliyyatları baş verərsə, İran İraq və Suriyadan fərqli olaraq sona qədər döyüşəcək. Ona görə də heç bir tərəf İrana qarşı quru əməliyyatlarına risk etmir”.

“Hazırda bölgəni əsas düşündürən məsələ Fars körfəzinin taleyidir. ABŞ qoşulacağı təqdirdə İran Fars körfəzini minalaya bilər. Bu, o deməkdir ki, neftin qiyməti rekord həddə bahalaşacaq. Bu isə Çinin maraqlarına ağır zərbə olacaq. Ona görə də Çin hərəkətə keçib. Kontaktsız müharibə uzun müddət davam edə bilməz. Buna iqtisadiyyat dözə bilməz. Ona görə də, bir neçə gün sonra Qərb ölkələri müharibənin dayandırılması təşəbbüsü ilə çıxış edə bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600