!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Musa Yaqubun oğlu: “Allah yardım etsə, bəsimizdir”

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Fazil Mustafa Musa Yaqubun ağır vəziyyətdə olduğunu deyib. O, şairin müalicəsinə dövlət tərəfindən yardım göstərilməməsinə etirazını bildirib: “Onun müalicəsi ilə heç bir qurum məşğul olmur. Demirəm ki, Musa Yaquba xalq şairi adı versinlər. O, onsuz da çoxdan xalqın şairidir”.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən M.Yaqubun oğlu Şəhriyar Yaqubovun millət vəkilinin çıxışına reaksiyası belə olub:

“Sağ olsun Fazil Mustafa, atama görə Milli Məclisdə açıq şəkildə müraciət edib, onun müalicəsi üçün dəstək istəyib. Dədəmin bir sözü var, verilən payı geri qaytarmazlar. Kömək etsələr də sağ olsunlar, etməsələr də. Allah yardım eləsə, bəsimizdir. Allaha şükür, atamın bütün xərclərini indiyə qədər özümüz çəkmişik, yenə də çəkməyə hazırıq. İstər müxalifət, istərsə də iqtidar tərəfin adamları atamı ziyarət edib, halını soruşublar. Biz hər kəsə minnətdarlığımızı bildiririk”.

Ş.Yaqubov şairin sağlıq durumunun yaxşı olduğunu bildirib:

“Qocalıq da sözünü deyib, xəstəlik də bir yandan. Şükür Allaha, yaxşıdır, arada ürəyi istəyəndə şeir də yazır”.

Cəvahir

COP29

www.yenicag.az

6760
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv