Heydər Əliyev Fondu tərəfindən şair Musa Yaqubun müalicəsinə dəstək veriləcəyi ilə bağlı xəbər yayılıb.
Yenicag.az şairin ailəsi ilə əlaqə saxlayıb.
Musa Yaqubun oğlu Şəhriyar Yaqubov saytımıza açıqlamasında atasının müalicə xərclərini özlərinin qarşıladığını deyib:
“On gün əvvəl Heydər Əliyev Fondundan bizə zəng olundu və dedilər ki, atanız nəzarətimiz altındadır, nə kömək lazımdırsa, olunacaq. Diqqətə görə sağ olsunlar. Dünən də əlaqə saxladılar ki, nəyə ehtiyacınız var? Cavabımız bu oldu ki, hələ ki heç nəyə ehtiyacımız yoxdur, atamın dava-dərmanlarını özümüz alırıq. Nə vaxt ehtiyacımız olarsa, sizinlə əlaqə saxlayarıq. Atamın qulluğunda özümüz durmuşuq, nə lazımdırsa, edəcəyik”.
Qeyd edək ki, xəbəri Kulis.az yayıb.
Cəvahir
www.yenicag.az