Müsavat iqtidar-müxalifət dialoqu ilə bağlı qərarını dəyişib?

media-hightechnic-468x90

musavat logo esas fbn4Elman Fəttah: “Müsavat Partiyası lap əvvəldən bu proseslərə qoşulmaq niyyətində olmayıb”

Keçirilən iki iqtidar-müxalifət dialoqunu boykot edən Müsavat Partiyası bu səpkidə gözlənilən növbəti dialoqda da iştirak etməyəcək.

Bunu Müsavat Partiyası başqanının müavini Elman Fəttahın Yenicag.az-a açıqlamasından da aydın sezmək olar. Belə ki o,  təmsil olunduğu partiyasının belə görüşlərdə iştirakda maraqlı olmadığını söylədi: “Ölkədə iqtidar-müxalifət dialoqu heç zaman olmayıb. Olan məsələ siyasi partiyalar arasındakı görüşdür. Siyasi partiyalar arasındakı bu görüşlər də heç bir məqsədə xidmət etmir. Bu yalnız imitasiya siyasətinin tərkib hissəsi olduğundan, Müsavat Partiyası lap əvvəldən bu proseslərə qoşulmaq niyyətində olmayıb. İndi də prosesdə hər hansı bir dialoq elementləri olmadığı üçün Müsavat Partiyası bu formatda, 100 artıq siyasi məhbusların olduğu bir şəraitdə, perspektivi olmayan görüşlərdə iştirakda maraqlı deyil”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600