“Müsavat parlament seçkilərinə təkbaşına gedəcək”
“Bu seçkilərdə blok şəklində iştirak etmək Müsavat Partiyasının gündəliyində yoxdur”.
Bu sözləri Yenicagşaz-a açıqlamasında Müsabat Partiyası başqanının müavini Elman Fəttah dedi: “Müsavat Partiyası 2015-ci ilin parlament seçkilərində iştirak haqda qərar verib. Müsavat Partiyası Məclisinin qəbul etdiyi 2015-ci ilin fəaliyyət planının əsas sütununu parlament seçkilərində iştirak etmək, bu konteksdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki islahatlarının aparılması uğrunda mübarizə təşkil edir. Bu seçkilərdə blok şəklində iştirak etmək Müsavat Partiyasının gündəliyində yoxdur. Ancaq seçki qanunvericiliyindəki islahatlar, seçki müşahidəsinin təşkili yönündə real siyasi qüvvələrlə funksional əməkdaşlıq məsələsinə çalışacağıq. Seçki ilində Müsavat Partiyasının əsas siyasi xətti ondan ibarətdir ki, müxalifət daxili intriqalar yığışdırılmalıdır. Partiyanın əsas siyasi xətti ondan ibarətdir ki, münasibətlər aydınlaşmalıdır və mübarizə yalnız hakimiyyətə qarşı aparılmalıdır”.
Rüfət