Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Müsavat"çıların xaricdə həbsinin pərdəarxası - SENSASİON SƏBƏB

Reklam: High Technic

Ötən gün Almanya Federasiyasının 6 əyalətində keçirilən əməliyyat zamanı 38 evə və iş yerinə basqın edilib. Nəticədə miqrant biznesi ilə məşğul olan 7 azərbaycanlı saxlanılıb.

Yenicag.az xəbər verir ki, sözü gedən Azərbaycan vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib.

Onlar:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov;

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən;

Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli;

Müsavat AKM-in üzvü Abdin Cavadov;

“Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev;

Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov;

Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Əməliyyatın keçirildiyi obyektlərdə viza çap edən xüsusi aparatlar, nağd pul, silah və xarici ölkə vətəndaşlarına aid külli miqdarda pasport aşkarlanıb. Beləliklə, onlar qanunsuz miqrant alveri ilə təqsirləndiriliblər və onların hər birinə 6 ay müddətinə həbs cəzası verilib.

Miqrant alverində şübhəli bilinən bu şəxslərin hamısının Müsavat partiyası ilə birbaşa əlaqəli olması təsadüf deyil. Daha əvvəl də bu barədə mətbuatda bəzi yazılar dərc edilmiş və onların saxta diplom satması, eləcə də miqrant alveri ilə məşğul olması barədə faktlar ortaya çıxarılmışdı.

Belə ki, bir sıra şəxslərə saxta diplomlar satılaraq onların Avropada oturum icazəsi almasına şərait yaradılırdı. Əldə edilən gəlir isə Müsavat rəhbərliyi arasında bölünürdü.

Müsavatda hazırkı idarəçiliyə və qanunsuzluqlara qarşı çıxan sabiq məclis üzvü Alya Yaqublu baş verənləri “Əsrin fırıldağı” adlandırıb: “Bizi bu adamlara görə düşmən elan elədilər. Onlara qarşı çıxdığımız üçün. Şəxsən mənə buna görə “Sizin maraqlarınız hakimiyyətin maraqlarıyla üst-üstə düşür” dedilər. Halbuki böyük Rəsulzadə hələ 100 il qabaq xəbərdarlıq eləmişdi, “Şübhəsiz, həqiqət bir gün parlayacaqdır” demişdi. Tərifləyənlər və dəstəkləyənlər, utanıın. Susanlar, siz də”.

Müsavat başqanının sabiq müavini Elman Fəttah da saxta mühacir biznesindən xəbərdar olduğunu yazıb: “İndi həbs olunduqları deyilen və hələ adı çəkilməyənlərin də aid olduğu dəstənin fake siyasi mühacir işi ilə əlaqəli olmalarından çoxdan şübhəli idik. Partiya rəhbərliyində təmsil olunduğum vaxt bu mühacir rüsvayçılığının davasını çox apardım. Heç nəyə nail ola bilmədiyimi anladığımda isə müavinlikdən istefa verdim. Anlaşılan hər şey gün üzünə çıxmağa başlayır”.

Mühacirətdə olan jurnalist Yafəz Əkrəmoğlu hesab edir ki, saxta “siyasi mühacir” sәnәdlәrindәn yarım milyon avroya (bir milyon manat) yaxın pul qazanılıb. Onun fikrincə, cinayət işində Gülağa Aslanlı vә Arif Hacılının da adı keçir: “Bu gün alman polisinin ifşa etdiklәrini mәn iki il әvvәl daha detallı şәkildә Müsavat Partiyası rәhbәrliyinә faktlarla, sәnәdlәrlә tәqdim etmişdim. Partiyadakı vicdanlı insanlar buna dәrhal reaksiya verdi, Arif Hacılı vә әtrafından hesabat tәlәb olundu. Tәbii ki, üzәrimizә gәldilәr. O vaxtlar partiya qәrargahının “ali kabinet”indә mәsәlәdәn çıxış yolu kimi bizlәr “hökumәtin adamı” elan olunduq. Partiya üzvlәrinә deyәcәk söz, verilәcәk cavab yox idi axı. Әn gözәl çıxış yolu hәqiәti deyәnlәri damğalamaq idi. O vaxtlar biz Müsavatda arayış mәsәlәsi ilә bağlı istәr qapalı qrupda, istәr açıqda yazanda, Arif Hacılının trolları statusların altına İsa Qәmbәrin daxili rәqiblәrinә hesablanmış bu mәşhur sitatını paylaşırdılar: “İstәnilәn halda mübarizә Müsavatla hakimiyyәt arasında gedir”. İndi sitatı dәyişmәnin zamanıdı. Şәrlәyin alman polisini dә…”.

Qeyd edək ki, miqrant biznesinin təşkilində Bakıda keçirilən mitinqlərin də rolu var. Məlum aksiyalar mühacir biznesinin bir hissəsi, daha doğrusu, birinci mərhələsi olub. Burada başladılan iş Almaniyada davam etdirilib.

www.yenicag.az

550
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM