“Müsəlmanlar daxil ola bilməz”-Video
Avstraliyanın Queensland əyalətinin Longreach qəsəbəsində yerləşən kafenin sahibi John Hawkes obyektinin girişinə: “2 min il öncə Həzrəti İsa suyu şəraba çevirdi. Ənənə davam edir. Biz də pulu pivəyə çeviririk. Bağışlayın müsəlmanlar bura daxil ola bilməz” yazılan tablo asıb.
Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, bu yazını sosial şəbəkədə Helen Day adlı şəxs paylaşıb. Nəticədə, məsələ ciddi reaksiyalara səbəb olub.
Restoranın sahibi Hawkes olanlardan dolayı çoxlu zənglər qəbul etdiyini bildirib. “Bir qisim məni dəstəklədiyi halda, digərləri mənə qarşı çıxıb”- deyə Hawkes əlavə edib.
Longreach qəsəbəsinin bələdiyyə sədri Joe Awens bu olayı mənfi hal kimi qiymətləndirib. Qeyd edib ki, qəsəbədə hər inanc sahibinə yer var. Belə olayın baş verməsi çox üzücüdür.